
Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlu seçki mübarizəsini dayandıran Muharrem İncenin qərarına münasibət bildirib.
O, M.İnceni əməkdaşlığa dəvət edib:
“Mənim müraciətim hələ də qüvvədədir. Əvvəlki inciklikləri hamılıqla bir kənara qoyaq. Hörmətli Muharrem İnceni əməkdaşlığa dəvət edirəm. Lütfən, buyursun, gəlsin”.
Qeyd edək ki, Türkiyə prezidentliyinə namizəd, “Memleket” Partiyasının sədri Muharrem İnce bu gün namizədliyini geri götürüb.
M.İnce şəxsi həyatı ilə bağlı irəli sürülən iddiaları rədd edib. Siyasətçi deyib ki, sosial şəbəkələrdə yer alan şantaj xarakterli videogörüntülər namizədliyin geri götürülməsi ilə bağlı qərarın qəbul olunmasında heç bir rol oynamayıb.
