
Rusiya məhkəməsi platformanın sahibi Google-u LGBT təbliğatını ehtiva edən YouTube videolarını silmədiyinə görə 3 milyon rubl (təxminən 40 min dollar) cərimələyib.
Xarici medianın məlumatına görə, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) Google-a qarşı qaldırdığı iddiaya paytaxt Moskvada keçirilən məhkəmədə baxılıb.
Məhkəmə, YouTube-da LGBT təbliğatını ehtiva etdiyi bildirilən bəzi videoların silinmədiyini əsas gətirərək qanunlara əməl edilmədiyinə qərar verib və Google-u 3 milyon rubl cərimələyib.
