6 və 3 yaşlı iki qardaş avtomobil idarə edərkən qəza törədib - FOTO

Tarix :
6 və 3 yaşlı iki qardaş avtomobil idarə edərkən qəza törədib - FOTO

Malayziyanın Lanqkavi adasında 6 və 3 yaşlı iki qardaş oyuncaq maşın almaq üçün valideynlərinin avtomobili ilə evdən çıxıb qəza törədiblər.
Xarici KİV xəbər verir ki, sükana idarəetməni itirərək maşını işıq dirəyinə çırpan qardaşlar yerli polis tərəfindən yaxalanıb.


Hadisə ilə bağlı açıqlama verən Lanqakavi polis rəisi Şariman Aşari bildirib ki, onlara gümüş rəngli “Toyota Vios” avtomobili ilə bağlı sürücünün "sərxoş" ola biləcəyinə dair şikayətlər daxil olub.
O, həmçinin uşaqların anası hamamda, atası isə yatarkən evdən gizlicə çıxıb maşına mindiklərini deyib.
Qeyd edək ki, uşaqlar qəzaya qədər 2.5 kilometr yol qət etməyi bacarıblar. Hadisədən sonra isə azyaşlılar ciddi xəsarət almasalar da, maşının kapotu zədələnib.