
Zelenski Rusiyaya qarşı əks-hücumla bağlı açıqlama verib.
Xarici medianın məlumatına görə, Ukrayna prezidenti Zelenski Ukraynanın bir müddətdir hazırlaşdığı və yaz aylarında baş tutması gözlənilən “əks-hücum”un nə vaxt başlayacağı ilə bağlı açıqlama verib.
Zelenski, Qərbin göndərəcəyinə söz verdiyi silah və texnikanı gözlədiklərini ifadə edərək, “Hələ gözlədiyimiz şeylər var. Zirehli texnikaları gözləyirik. Ayrı-ayrı partiyalarda gəlir. İndi əlimizdə olan silahlarla başlaya bilərik, amma çox insan itiririk. Ona görə də gözləməliyik. Bir az daha vaxta ehtiyacımız var”, - deyə o bildirib.
