"Brüsselə gedəcəm, amma heç bir sülh müqaviləsi imzalanmayacaq" - Paşinyan

Tarix :
"Brüsselə gedəcəm, amma heç bir sülh müqaviləsi imzalanmayacaq" - Paşinyan

"Bazar günü danışıqlar üçün Brüsselə getmək qərarımı dəyişmədiyimi bildirmək istəyirəm". 
Erməni mətbuatı xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 
"Mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir?" sualına isə Paşinyan, "Təəssüf ki, belə bir imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli sazişin layihəsi hələ çox ilkindir və onun imzalanması barədə danışmaq hələ tezdir", - deyə  cavab verib.