Zakir Həsənov Türkiyəyə gedir

Tarix :
Zakir Həsənov Türkiyəyə gedir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfər edəcək. 
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 
Bildirilib ki, nazir Konyada yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində türkiyəli həmkarı Hulusi Akarla “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək. 
Xatırladaq ki, təlimlər aprelin 27-də başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.