Daha bir ölkə koronavirus qadağalarını ləğv etdi

Tarix :
Daha bir ölkə koronavirus qadağalarını ləğv etdi

Cənubi Koreya koronavirusla əlaqədar 3 il əvvəl tətbiq olunan qadağaları ləğv edib. 
Bu barədə operativ qərargahın iclasında Cənubi Koreya Prezidenti Yun Sok Yol məlumat verib. 
O qeyd edib ki, COVID-19 virusunun “ciddi xəstəlik” statusu “xəbərdarlıq” səviyyəsinə endirilib. 
Yeni qərar koronavirusa yoluxanları 7 günlük məcburi karantinə cəlb olunmaqdan azad edir. Yoluxanlara 5 günlük könüllü özünütəcrid tövsiyə olunur. 
Bundan əlavə, qapalı məkanlarda qoruyucu maska taxmaq qaydası da ləğv olunub. 
Xatırladaq ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib.