Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Tarix :
Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. 
“Report” xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib. 
Bildirilib ki, buna səbəb Qara dəniz üzərində Polşa təyyarəsi ilə bağlı yaranan insidentdir. 
Qeyd edək ki, bir neçə gün əvvəl, mayın 7-də Polşa təyyarəsi səmada Rusiya qırıcısı ilə üz-üzə gəlib. Texnikaların toqquşma təhlükəsi yaranıb. Nəticədə Polşa təyyarəsinin pilotu idarəetməni müvəqqəti olaraq itirib.