Ukrayna 9 Mayda Moskvaya PUA-larla hücum edib?

Tarix :
Ukrayna 9 Mayda Moskvaya PUA-larla hücum edib?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da Moskvaya hücum etməyi planlaşdırdığına dair xəbərləri təkzib edib.
O, bu barədə jurnalistlərə açıqlamasında deyib. 
"Bizim hüquq-mühafizə orqanlarından bununla bağlı heç bir mesaj olmayıb", - Kreml sözçüsü bildirib.
Bundan əvvəl rus teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da bir neçə pilotsuz uçan aparatla Moskvaya hücum etməyə cəhd etdiyi barədə məlumatlar yayılıb.