“Philips” Rusiyaya tibbi avadanlıq tədarükünü davam etdirəcək

Tarix :
“Philips” Rusiyaya tibbi avadanlıq tədarükünü davam etdirəcək

Hollandiyanın tibbi texnologiya istehsalçısı "Philips" şirkətinin baş direktoru Roy Jakobs, Ukraynadakı münaqişəyə baxmayaraq, Rusiyaya xəstəxana avadanlıqları tədarük etməyə davam edəcəklərini söylədi.

Jakobs bildirib ki, "Philips"in Rusiyadakı fəaliyyəti xəstəxana avadanlıqlarının təchizatı və xidmətinə yönəlib.

Eyni zamanda, şirkət Rusiyada ana qayğı məhsulları istisna olmaqla, fərdi sağlamlıq məhsullarının satışını dayandırdı.