Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Zelenski Ukraynanın ən böyük səhvindən danışdı

Tarix :
Zelenski Ukraynanın ən böyük səhvindən danışdı

Ukrayna siyasətinin 30 illik müstəqillik dövründə ən böyük səhvi güclü təhlükəsizlik sisteminin qurulmamasıdır.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Çexiya televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, bütün bu illər ərzində Ukrayna qonşu ölkədən belə aqressiv addım gözləmirdi: "Biz Ukraynada 30 il ərzində güclü təhlükəsizlik sistemi qurmamışıq, çünki onlardan belə aqressiv addımlar gözləmirdik. Bu, ölkəmizin, Ukrayna siyasətinin ən böyük səhvi idi".
Bir sıra liderlərin Ukraynanı Rusiya ilə danışıqlara "sövq etdiyini" bildirib: "Məni danışıqlara sövq etməyin, bu səhvləri təkrarlamaq istəmirəm. Düşünürəm ki, bu əsrdə Ukrayna üçün bir müharibə kifayətdir".