Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Danimarkanın baş naziri istefa verib

Tarix :
Danimarkanın baş naziri istefa verib

Danimarkanın Baş naziri və Sosial Demokrat Partiyasının lideri Mette Frederiksen istefa verib.
Siyasətçi bu barədə partiya sədrlərinin debatında bildirib.
Onun sözlərinə görə, artıq kraliça II Marqreteyə noyabrın 1-də keçirilən Folketinq (parlament) seçkisinin nəticələri, həmçinin istefası barədə məlumat verib.
Qeyd edək ki, seçkidən sonra parlamentdə ən çox səsi sosial demokratlar toplayıblar. Xanım Frederiksen eyni zamanda ən çox mandatı alan sol mərkəzçi (qırmızı) bloka da rəhbərlik edir. Bu səbəbdən, çox güman ki, kabinetin yaradılması ona həvalə olunacaq.
Həm seçkilərdən əvvəl, həm də sonra baş nazir geniş koalisiya hökuməti qurmağa çalışacağını bəyan edib.
Mənbə: TASS