Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Puqaçova ilə Qalkin yenidən övlad sahibi olmaq istəyir

Tarix :
Puqaçova ilə Qalkin yenidən övlad sahibi olmaq istəyir

Rusiyanın Xalq artisti Alla Puqaçova ilə həyat yoldaşı, şoumen Maksim Qalkin yenidən övlad sahibi olmağa hazırlaşır.
Axşam.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilib ki, cütlük bunun üçün yenidən surroqat anaya müraciət etməyi planlaşdırır. Uşağın İsraildə dünyaya gələcəyi ehtimal edilir.
Xatırladaq ki, Puqaçova ilə Qalkinin surroqat anadan Liza və Harri adlı əkizləri var.
Qeyd edək ki, Puqaçova Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Daha sonra o, yenidən Rusiyanı tərk edərək İsrailə gedib. Onun İsrail vətəndaşlığı aldığı iddia olunub. Bir neçə gün əvvəl Puqaçova İsraildə olduğunu təsdiqləyib.