Soçi görüşündə Zəngəzur dəhlizi müzakirə olunub

access_time2-11-2022, 16:13 visibility13 categoryXəbərlər / Siyasət
Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması Soçidə üç ölkənin liderlərinin sammitində müzakirə olunub.
 
Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
 
Zəngəzur dəhlizi ilə bağlı ünvanlanan suala cavabında Rusiya XİN sözçüsü ölkəsinin “marşrut” terminindən istifadə etdiyini diqqətə çatdırıb.
 
“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması problematikası Soçidə keçirilən sammitdə müzakirə olunub. Razılaşdırılıb ki, müvafiq iş üç ölkənin Baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində davam etdiriləcək”, - Zaxarova vurğulayıb.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş