Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Payızda koronavirusa yoluxma arta bilər?

Tarix :
Payızda koronavirusa yoluxma arta bilər?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bu il COVID-19 virusunun artacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
O, bu barədə nazirliyin sosial şəbəkə hesabında canlı yayımda danışıb.
İnfeksionist qeyd edib ki, hazırda bir çox ölkələrdə koronavirusa yoluxmada stabillik var: “Bu bizə nikbin olmağa əsas verir. Azərbaycanda tam peyvənd alan əhalinin sayı 50 faiz civarındadır. Yoluxub təbii immunitet qazananların sayı isə 800 mindən çoxdur. Lakin virusun yeni mutasiya olunmuş ştamı da yarana bilər. Virusun təkamülü təbiətdə baş verir. Ümumdünya Səhiyyə Təşkilatı ona görə də hələ ki bu xəstəliyi stoplamayıb, pandemiyanın bitdiyini elan eləməyib. Təhlükələr hələ tam sovuşmayıb. Bu gün isə biz payıza doğru gedirik və bu vaxt belə infeksiyaların sayı artır”.