
Gürcüstan hakimiyyəti Kazbegi-Yuxarı Lars gömrük məntəqəsində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan avtomobillərin ölkəyə girişini müvəqqəti məhdudlaşdırıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə buraxılış məntəqəsi mayın 5-dən bağlanıb.
Nazirlik Gürcüstana avtomobillə getmək istəyən turistlərə yükdaşımaları üçün nəzərdə tutulan yoldan istifadə etməyi tövsiyə edib.
Nazirlik məhdudiyyətlərin insanlara şamil olunmadığını vurğulayıb.
