Həkimlərin səhlənkarlığı səbəbindən uzun illər əziyyət çəkdiyini bilən qadın şoka düşüb. Foreronun yad cisimləri çıxarmaq üçün əməliyyat olunub-olunmaması məlum deyil.



Kolumbiya San İsidro kəndinin sakini 39 yaşlı Maria Aderlinda Forero 11 il əvvəl keçirdiyi əməliyyatdan sonra bədənində iynə ilə sapın qaldığını öyrənib.
Xarici KİV xəbər verir ki, 2012-ci ildə dörd uşaq dünyaya gətirən qadın boruların bağlanması qərarına gəlib, bundan sonra hamilə qala bilməyib.
Əməliyyatdan bir neçə gün sonra getdikcə artan ağrılardan əziyyət çəkməyə başlayıb. Həkimlər ona ağrıkəsici dərman yazıblar, amma vəziyyəti getdikcə pisləşib. Nəticədə qadına daha güclü ağrıkəsici təyin edilib.

