Şərqi Afrika ölkəsində fəlakət - 129 ölü

Tarix :
Şərqi Afrika ölkəsində fəlakət - 129 ölü

Şərqi Afrikada yerləşən Ruanda ölkəsində güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. 
Xarici KİV xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 129-a çatıb. 
Uqandanın Ruanda ilə sərhəddə yerləşən Kisoro qəsəbəsində baş verən oxşar hadisədə 6 nəfər həyatını itirib.