Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Cəbrayıldakı mina partlayışının səbəbi açıqlandı - YENİLƏNİB

Tarix :
Cəbrayıldakı mina partlayışının səbəbi açıqlandı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı barədə məlumat yayıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxması səbəbindən piyada əleyhinə minaya düşüb.
Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. 
Araşdırmalar davam etdirilir.
***
13:16
2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
Bu barədə ANAMA-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb.
Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.