Kolumbiyada içində 7 nəfərin olduğu təyyarə yoxa çıxdı

Tarix :
Kolumbiyada içində 7 nəfərin olduğu təyyarə yoxa çıxdı

Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu təyyarə mayın 1-də itkin düşüb. 
Xarici KİV xəbər verir ki, artıq 4-cü gündür aparılan axtarışlar hələ də nəticə verməyib. 
San Xose şəhərində yoxa çıxan təyyarənin qəzaya uğradığı ehtimal edilir. Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.