Əfqanıstanda güclü zəlzələ oldu

Tarix :
Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda Hindukuş dağ silsiləsi yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. 
Zəlzələ Bədəxşan əyalətinin Jurm yaşayış məntəqəsindən 35 kilometr cənub-şərqdə, mənbə 186 kilometr dərinlikdə qeydə alınıb.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.