Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyəli deputat İrəvana getdi: “Sülh zamanıdır“

Tarix :
Türkiyəli deputat İrəvana getdi: “Sülh zamanıdır“

"Ağrı dağının o biri tərəfindən o tərəfə qayıdıram".
Bunu öz "Twitter" səhifəsində Türkiyə parlamentinin erməni mənşəli deputatı Qaro Paylan yazıb.
O əlavə edib: "Türkiyə-Ermənistan sərhədinin açılması və Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması zamanıdır.
Biz müharibələrdə birlikdə uduzduq.
Davamlı sülh üçün hamımız məsuliyyət daşıyaq, birlikdə qalib gələk..."
Q. Paylan bir neçə gün əvvəl Ermənistana səfər edib. Səfər çərçivəsində o, Baş nazir Nikol Paşinyan da daxil olmaqla, İrəvanda qeyri-rəsmi görüşlər keçirib.