Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanlı ekspertlər İrana gedəcək

Tarix :
Azərbaycanlı ekspertlər İrana gedəcək

İsfahan 14-17 noyabr 2022-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Minerallar üzrə Ekspertlər Qrupunun 8-ci iclasına ev sahibliyi edəcək. 
İran mediasının məlumatına görə, tədbirdə Pakistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və İran da daxil olmaqla yeddi ölkədən ekspertlər iştirak edəcək.
İclasın məqsədi İƏT-ə üzv dövlətlərin ekspert və menecerlərinin fikir mübadiləsi aparmaq, yeni ideya və perspektivləri bölüşmək, eləcə də mövcud geoloji və mineral sektorların problemlərini həll etməkdir.
Təşkilatın ümumi məqsədi üzv dövlətlərin və bütövlükdə regionun davamlı iqtisadi inkişafıdır.