Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Güneyli müəllim aksiyada güllələndi

Tarix :
Güneyli müəllim aksiyada güllələndi

Oktyabrın 26-da Zəngan şəhərində etiraz aksiyası zamanı hökumət məmurları tərəfindən güllələnən təqaüddə olan azərbaycanlı müəllim Rəsul Həddadi Musəvi xəstəxanada həyatını itirib.

Axar.az bildirir ki, Həddadi aksiya zamanı boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində komaya düşüb və beyin ölümü keçirmişdi.

Güneyli fəalların verdiyi məlumata görə, təhlükəsizlik məmurları 66 yaşlı müəllimin ailəsini təhdid edərək, məsələni ictimailəşdirməmələri üçün təzyiq göstəriblər.