Bakıda maşından külli miqdarda heroin tapıldı

Tarix :
Bakıda maşından külli miqdarda heroin tapıldı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Ağayev saxlanılıb. Üzərindən heroin aşkar olunub.
Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə 1 kiloqram 50 qramdan artıq heroin götürülüb.

Araşdırma aparılır.