Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tarixin ən böyük kokain əməliyyatı, sui-qəsd cəhdi... - Keçmiş boksçu həbs olundu

Tarix :
Tarixin ən böyük kokain əməliyyatı, sui-qəsd cəhdi... - Keçmiş boksçu həbs olundu

Keçmiş monteneqrolu boksçu Qoran Qoqiç bazar günü gecə Mayamidən Sürixə uçan təyyarəyə minmək istəyərkən saxlanılıb.

Qaynarinfo xəbər verir ki, idmançı ABŞ-dan 1 milyard dollar dəyərində kokain keçirməkdə ittiham olunur. Boksçu sui-qəsd cəhdində və "Dəniz Narkotikləri Qanunu"nu pozmaqda ittiham olunur. İttihamlar təsdiqini taparsa onu minimum 10 il və ya ömürlük həbs cəzası gözləyir.

Keçmiş boksçunun ittiham olunduğu hadisə isə 2019-cu ilə baş verib. Filadelfiyadakı "Packer Avenue" dəniz terminalında dayanan "MSC Gayane" adlı konteyner gəmisində 22 ton kokain aşkarlanıb. Bu ABŞ tarixində bir anda ələ keçirilən ən böyük kokain miqdarı olub. Hadisə Qoqiçin və daha bir neçə nəfərin həbsi ilə yenidən gündəmə gəlib. Prokurorlar Kolumbiyadan Avropaya aparıldığı müəyyənləşən kokainin gəmilərdən sürətli qayıqlar vasitəsilə daşındığını bildiriblər. Məhkəmə sənədlərinə görə, Qoqiç narkotik ticarəti sxeminin logistikasını nəzarətdə saxlayıb, balkan kartelləri, kolumbiyalı qaçaqmalçılar və Avropa dokerləri ilə əməkdaşlıq edib. 


ABŞ-ın Bruklindəki baş prokuroru Breon Pies verdiyi açıqlamada boksçunun həbsini və ittiham aktını "hüquq-mühafizə orqanlarının böyük qələbəsi” kimi qiymətləndirib. Qoqiçlə birlikdə təyyarədə yer alan səkkiz nəfərin hamısı qaçaqmalçılıqda iştirakda təqsirli olduqlarını etiraf ediblər. Belçika gömrük rəsmisi bildirib ki, müsadirə olunmuş kokainin təyinat yerinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar bir müddətdir ki, davam edir. Balkan hüquq-mühafizə orqanının adının açıqlanmasını istəməyən əməkdaşının dediklərinə görə, Qoqiçin serbiyalı və albaniyalı mütəşəkkil cinayət qrupları şəbəkəsində logistika koordinatoru, həmçinin kolumbiyalı kokain istehsalçıları ilə balkan kartelləri arasında daşınmaları asanlaşdırmaq və təhlükəsizlik tədbirləri üçün əlaqələndirici kimi çalışdığı güman edilir. 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, son 5 ildə mərkəzi Niderlandla Belçikada yerləşən Mərakeş mafiyası, serb və alban kartelləri, o cümlədən italyanlarla narkotik ticarəti həyata keçirməyə, Avropa ölkələrinə kokain qaçaqmalçılığında dominantlıq etməyə başlayıb.

2001-2012-ci illərdə boksla məşğul olan Qoqiç karyerası ərzində 21 qələbə qazanıb.