Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq

Tarix :
Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq

2023-cü ildə Ermənistanda iki mühüm dəyişiklik gözlənilir. Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti yaradılacaq.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
“Hər iki qanunvericilik paketi tezliklə hökumət tərəfindən qəbul edilərək Milli Məclisə göndəriləcək”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, xarici kəşfiyyat xidmətinin yaradılması son dərəcə vacibdir.