İşçiləri Nüsret Gökçeni məhkəməyə verdi

Tarix :
İşçiləri Nüsret Gökçeni məhkəməyə verdi

Dünyanın müxtəlif yerlərində 22 restoranı olan türkiyəli qəssab Nüsret Gökçe keçmiş işçiləri tərəfindən məhkəməyə verilib.
Xarici KİV xəbər verir ki, keçmiş işçiləri onun restoranlarında cinsiyyətçi atmosferin hökm sürdüyünü və işçilərin milli ayrı-seçkiliyə məruz qaldığını iddia ediblər.
Nüsret Gökçe ilə işləyən bəzi qadınlar isə “dekolte” geyinməyə məcbur edildiklərini bildiriblər.  Həmçinin, şikayətçi şəxslər Gökçenin şöhrətə və pula həris olduğunu dilə gətiriblər.