
Rusiya gecə saatlarında "Kalibr" raketləri ilə Nikolayev şəhərinə hücum edib.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.
O, Nikolayevin gecə atəşə tutulmasının nəticələrini əks etdirən video yayımlayıb. Ukrayna tərəfi 1 ölü və 23 yaralı olduğunu bildirir.
Məlumata görə, hücuum Qara dənizdən həyata keçirilib.
Rusiya hələlik Nikolayevə hücumlarla bağlı məlumatı şərh etməyib.
