Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

KİV: İran Rusiyaya ballistik raketlər göndərməyə hazırlaşır

Tarix :
KİV: İran Rusiyaya ballistik raketlər göndərməyə hazırlaşır

İran Ukraynada istifadə etmək üçün Rusiyaya əlavə silahlar, ballistik raketlər göndərməyə hazırlaşır.

Bu barədə CNN İranın silah proqramını yaxından izləyən Qərb ölkəsinin rəsmilərinə istinadən bildirib.
"İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya təxminən 1000 əlavə silah, həmçinin qısa mənzilli ballistik raketlər və daha çox hücum PUA-ları göndərməyə hazırlaşır. Proses yaxından izlənilir, çünki bu, İranın Rusiyaya qabaqcıl dəqiqliklə idarə olunan raketlər göndərməsinin ilk nümunəsi olacaq. Bu yardım Kremlə döyüş meydanında əhəmiyyətli dərəcədə kömək edə bilər”, - CNN-in xəbərində qeyd olunur.

Qeyd olunub ki, sonuncu dəfə İrandan Rusiyaya 450-yə yaxın pilotsuz uçuş aparatı tədarük olunub ki, Rusiya qüvvələri bu PUA-lardan istifadə edərək Ukraynanın vacib mülki infrastrukturuna zərbələr endirib. Ukrayna rəsmiləri ötən həftə 300-dən çox İran PUA-sı vurduqlarını bildiriblər.

Yeni silah tədarükünün Rusiyaya nə vaxt çatacağı ilə bağlı dəqiq vaxt açıqlanmasa da, rəsmilər silahların ilin sonuna qədər çatdırılacağını gözlədiklərini bildiriblər.