Çay evində DAVA: 1 nəfər bıçaqlandı

Tarix :
Çay evində DAVA: 1 nəfər bıçaqlandı

Tovuzda çayxanada dava olub. 
Lent.az-ın məlumatına görə, hadisə rayonun Köhnəqala kəndində qeydə alınıb. 
Kənd ərazisində yerləşən çayxanada düşən davada 1989-cu il təvəllüdlü Elsevər Alıyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində E.Alıyevi bıçaqlayan Canpolad Xanmirzəyev tutulub.
Faktla cinayət işi başlanılıb, araşdırma aparılır.