Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda professor hökumət qüvvələri tərəfindən oğurlandı - FOTO

Tarix :
İranda professor hökumət qüvvələri tərəfindən oğurlandı - FOTO

İranın genetika professoru hökumət qüvvələri tərəfindən oğurlanıb.

Bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

85 yaşlı professor Daryuş Fərhudun "Instagram" səhifəsinin paylaşımına görə, alim səhər saat 05:55-də evindən qaçırılıb və hələlik onun haqqında heç bir məlumat yoxdur.

Professor Fərhud bir müddət öncə parlamentin abortu qadağan edən qanun layihəsini tənqid etmiş və bunun insan hüquq və ləyaqətinə zidd olduğunu, müayinənin qadağan edilməsinin və qanuni abortların qarşısının alınmasının 200 il əvvələ geri apadığını bildirib.