""Togg" almağa pulum çatmır" - Meral Akşener

Tarix :
""Togg" almağa pulum çatmır" - Meral Akşener

İYİ Partiya sədri Meral Akşener "Sözcü TV"nin "Liderlər Özel" proqramında gündəmlə bağlı sualları cavablandırıb.
Akşener veriliş zamanı "Togg alacaqsınızmı?" sualına da diqqətçəkən cavab verib. 
 "O qədər pulum yoxdur. Təqaüdçüyəm. Pensiyamın bir ayını Kılılçdaroğlunun kampaniyasına yatırmışam. Gəlin ərimdən soruşum ki, imkanı varmı? Varsa, alarıq", - deyə  cavab verib. 
Onun bu cavabı Türkiyə  mediasında gündəm yaradıb.