Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hazard İngiltərəyə qayıda bilər

Tarix :
Hazard İngiltərəyə qayıda bilər

"Real"ın ulduzu Eden Hazard İngiltərə Premyer Liqasına dönə bilər.
"Defensa Central" xəbər verir ki, "Aston Villa" klubu 31 yaşlı hücumçu ilə maraqlanır. Klub rəhbərliyi qış transfer dönəmində belçikalı ulduzu heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Hazardın "Real"la müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır. "Kral klubu" cari mövsüm çox forma şansı tapmayan futbolçunu komandadan göndərmək istəyir.
Eden Hazard 2012-2019-cu illərdə "Çelsi"nin formasını geyinib.