Volkov Həkəri çayı üzərindəki körpünü açmağa çalışır

Tarix :
Volkov Həkəri çayı üzərindəki körpünü açmağa çalışır

Rusiya sülhməramlı kontingenti Laçında Həkəri çayı üzərindəki körpünü açmağa çalışır. 
Erməni KİV xəbər verir ki, danışıqlarda sülhməramlıların komandanı general-mayor Andrey Volkov şəxsən iştirak edir. 
Artıq 3-cü gündür davam edən danışıqlar hələ ki, nəticə verməyib.
Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti sözügedən körpünü nəzarətə götürərək orada nəzarət-buraxılış məntəqəsi yaradıb.