Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Ermənilər vaxtında bunu etsəydi, müharibə olmazdı" - Lukaşenko

Tarix :
"Ermənilər vaxtında bunu etsəydi, müharibə olmazdı" - Lukaşenko

Belarus KTMT-yə sədrlik edərkən Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb. 
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zasla görüşündə bildirib. 
Lukaşenkonun sözlərinə görə, o, Əliyevlə Ermənistanın qaytarmağa razı olmadığı Azərbaycanın “beş yarım-altı” rayonlarının taleyini müzakirə edib. 
Ermənilər etiraf ediblər ki, "bura (Qarabağın ətraf rayonları - red.) bizim torpaq deyil. Yaxşı, onu geri qaytarın! Əgər mən bunu etməyi təklif edəndə bu ərazilər geri qaytarılsaydı, müharibə olmazdı", - deyə Belarus lideri vurğulayıb. 
Eyni zamanda, o, İlham Əliyevə təklif edib ki, münaqişə həll olunarsa, iki ölkənin xalqlarına sülhsevər niyyət nümayiş etdirmək üçün Ermənistana sərmayə yatırmaq barədə düşünsün. Lakin bu ideya da baş tutmadı və böyük ölçüdə qaçqınların yaratdığı gərginlik səbəbindən problemin həllinin yeganə yolu güclə həll yolu olaraq qaldı.
Lukaşenka həmçinin Qərbin münaqişənin həllində iştirakını siyasi oyun adlandırıb və qeyd edib ki, Rusiyanın vəziyyətin nizamlanmasında iştirakı kifayət qədərdir.