Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Serbiya prezidenti orduya "hazır ol" əmri verib

Tarix :
Serbiya prezidenti orduya "hazır ol" əmri verib

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ilə mümkün gərginliyə görə orduya “hazır olmaq” əmrini verib.
Bu barədə ölkənin müdafiə naziri Miloş Vuçeviç yerli televiziya kanallarından birinə danışıb. 
"Prezident Aleksandar Vuçiç orduya hazır olmağı əmr edib. Ordu Kosovodakı vəziyyətlə əlaqədar hazırlıq vəziyyətindədir", - Vuçeviç bildirib.
Onun  sözlərinə görə, ordu eyni zamanda Ali Baş Komandan olan Vuçiçin əmri ilə “Kosovo və Serbiyadakı serbləri qorumaq üçün istənilən əmri yerinə yetirməyə hazırdır”.
Ölkəsinin sülh və sabitliyə dəstək verməsinin “zəiflik və qorxaqlıq” kimi qiymətləndirilməməsi lazım olduğunu qeyd edən serb nazir ölkə ordusunun “əvvəlkindən daha güclü” olduğunu qeyd edib.