
Məşhur müğənni Hadisə ilə azərbaycan əsilli iş adamı Rza Zərrab arasında olduğu iddia edilən mesajların ekran görüntüsünü xəbər saytlarında paylaşan jurnalist Yaşar Ç. məhkəməyə verilib.
Şikayətçi Hadisə Açıkgözün vəkili Yaşar Ç-nin "insanlar arasında ünsiyyətin məxfiliyini ictimaiyyətə açıqlama" maddəsi ilə onun mühakimə olunmasını tələb edib.
Həmçinin, 35 ildir jurnalist işləyən Yaşar Ç.-nin "şəxsi məlumatları qanunsuz olaraq əldə etmək və ya yaymaq" cinayətlərindən ümumilikdə 4 ildən 9 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
