Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

MN-dən hərbçinin dəm qazından boğulması xəbərinə REAKSİYA - YENİLƏNİB

Tarix :
MN-dən hərbçinin dəm qazından boğulması xəbərinə REAKSİYA - YENİLƏNİB

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.
"Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə açıqlamada qeyd olunub.
***
16:10
Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
Apa xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb. Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
APA-nın məlumatına görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.