Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

AŞPA məruzəçisi Laçına səfər etmək İSTƏYİR

Tarix :
AŞPA məruzəçisi Laçına səfər etmək İSTƏYİR

AŞPA-nın Laçın yolundakı vəziyyətə dair məruzəçisi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bu gün bəyanat verib.
Apa xəbər verir ki, o, iki ölkə arasında gərginliyin son aylarda artdığını, həm Azərbaycan, həm də Ermənistanın vəziyyətin pisləşməsinin qarşısını almaq üçün həll yolunun tapılmasına töhfə verməsinin vacib olduğunu deyib.
Deputat vəziyyətlə bağlı hesabatın gecikmədən hazırlanmalı olduğunu, mayın son həftəsində Ermənistan və Azərbaycana, o cümlədən Laçın yoluna səfər etmək niyyətində olduğunu bildirib.
"Laçın yolundakı şəraitlə bağlı ilkin təcrübəni əhatə edəcək səfərim zamanı mən bütün müvafiq həmsöhbətlərlə görüşməyə hazıram. Son günlər gərginliyin təəssüf doğuran yüksəlişinə baxmayaraq, mən əminəm ki, həm Ermənistan, həm də Azərbaycanın əməkdaşlığına və xoş niyyətinə arxalana biləcəyəm. Məqsədim ədalətli, dəqiq və dürüst hesabat hazırlamaqdır", - deyə məruzəçi bildirib.