Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bunlar enerji içkisi deyil

Tarix :
Bunlar enerji içkisi deyil

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin apardığı monitorinqlər zamanı ölkəmizdə istehsal olunan və respublikamıza idxal edilən enerji içkilərindən və sərinləşdirici içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Araşdırmalar nəticəsində aşağıdakı içkilərin də enerji içkisi olmadığı müəyyən edilib:
1. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Gold Punch” – enerji içkisi deyil;
2. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Red Fire” – enerji içkisi deyil;
3. “ENNA” MMC tərəfindən istehsal edilən “Plus Power” – enerji içkisi deyil;
4. “Berg Energy” MMC tərəfindən istehsal edilən “Berg the great Power” – enerji içkisi deyil.
Bildirilib ki, AQTA tərəfindən aparılmış ilkin monitorinqin nəticəsinə əsasən, markalanmasında aşkarlanan uyğunsuzluqlarla əlaqədar “A+CO” MMC tərəfindən istehsal olunan “Full Energy” içkisinin ticarət şəbəkələrindən geri çağırılması və məhv edilməsi təmin olunub. Hazırda “Full Energy” içkiləri tələblərə uyğun yeni qablaşdırmada istehsal edilir. Buna baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı “A+CO” MMC tərəfindən oxşar pozuntulara yol verildiyi aşkarlanıb. Belə ki, həmin müəssisədə istehsal edilən “Enershock”un enerji içkisi olduğu təsdiqini tapsa da, enerji içkilərinə dair qanunvericilikdə nəzərdə tutulan markalanma tələblərinin pozulduğu aşkarlanıb. Qeyd edilən halla bağlı müəssisədə zəruri tədbirlərin görülməsinə başlanıb.
Qeyd edək ki, qazlı və alkoqolsuz içkilərin qablarının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan, sanki enerji içkisi olması təəssüratını yaradan ifadələrin yazıldığı aşkarlandıqda, həmin məhsullar və istehsalçı müəssisələrlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.
AQTA istehlakçıların nəzərinə çatdırır ki, qeyd edilən məhsulların enerji içkisi olmadığını nəzərə alsınlar və müvafiq qabın üzərində yazılan enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.