
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes"lə "Niva" markalı minik maşınları toqquşub. Qəzadan sonra "Niva" yoldan çıxaraq aşıb.
Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
