
Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim etməyə hələ hazır deyil.
TASS xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
O, "Rosatom"un da bu paketə daxil olub-olmayacağını bilmədiyini söyləyib.
"Aİ xarici işlər nazirləri Çinin Fransadakı səfirinin postsovet ölkələrinin natamam suverenliyi ilə bağlı bəyanatını müzakirə edəcəklər. İyun sammitində Çin strategiyası yenidən nəzərdən keçiriləcək", - Borel qeyd edib.
