
Qazaxıstan Müdafiə Nazirliyi hər il mayın 7-də qeyd olunan Vətənin Müdafiəçisi Günü və 9 May Qələbə Gününə həsr olunmuş hərbi paradı bu il keçirməyi planlaşdırmır.
TASS xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bunu xərclərə qənaət və digər tapşırıqlarla əlaqələndirib.
"2023-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcəyə qənaət, eləcə də digər problemlərin həlli zərurətinə görə nəzərdə tutulmayıb”, - hesabatda deyilir.
Mətbuat xidmətindən verilən məlumata görə, mayın 7-si və 9-u ilə bağlı digər tədbirlərin keçirilməsi barədə məlumat yaxın vaxtlarda nazirliyin internet saytında dərc olunacaq.
Qeyd edək ki, 2022-ci ildə də Qazaxıstanda Vətənin Müdafiəçisi Günü və Qələbə Günü şərəfinə hərbi parad keçirilməyib. Lakin hərbi qarnizonlarda anım tədbirləri təşkil olunub. Müdafiə Nazirliyinin və hərbi rəhbərlərin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarını yaşadıqları yerdə ziyarət ediblər.
