Yeni Zelandiyada güclü zəlzələ - XƏBƏRDARLIQ EDİLDİ

Tarix :
Yeni Zelandiyada güclü zəlzələ - XƏBƏRDARLIQ EDİLDİ

Yeni Zelandiyanın Sakit okeanda yerləşən Kermadec arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Xarici mətbuat xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerltı təkanların episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, 33,6 km dərinlikdə yerləşir.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.