Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Firuzə İbadovadan Cavanşir Məmmədova dəstək: "Onun yetərincə pulu olsa ..."

Tarix :
Firuzə İbadovadan Cavanşir Məmmədova dəstək:  "Onun yetərincə pulu olsa ..."

"Əminliklə deyirəm ki, Cavanşir müəllimin yetərincə imkanı olsaydı mütləq bir toyu oxuyub onun pulunu Könül Xasıyevanın müalicəsinə verərdi. Eləcə də mən, çox böyük zövqlə, ürəklə Könül Xasıyevanın müalicəsinə yardım edərdim”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova müğənni Cavanşir Məmmədovun Xalq artisti Könül Xasıyevanın müalicəsi üçün həmkarlarından dəstək istəməsini tənqid etməsindən danışarkən deyib. O bildirib ki, imkansız şəxsə yardım etmək hər bir şəxsin borcudur, amma: "Könül Xasıyevanın çox gözəl sənəti var. Onun sənətinə hamı hörmət edir və sevir. Allah ona kömək eləsin, bircə balasının toyunu görsün. İmkan daxilində əl tutmaq, yardım etmək lazımdır. Onun səhnədə olmaması sənət üçün uçurumdur. Onlar mənim gözümün qabağında böyüyüblər. Səhnədə sevdiyim insanlardan biri də Könül xanımdır. Kaş mənim imkanım olaydı, ona əl tutardım”. 


Firuzə İbadova deyir ki, Könül Xasıyevanın sənətini sevənlər ona dəstək olacaq:"Azərbaycanın yetərincə sənətsevərləri var. Onlar mütləq Könül xanıma yardım edəcək”. 

Qeyd edək ki, Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Könül Xasıyevanın müalicəsi üçün həmkarlarından dəstək istəməsi ilə bağlı müraciətini tənqid edib.  Müğənni həmkarına yardım etmək üçün imkanının olmamasını vurğulayıb: "70 yaşında kişiyəm, xəstə adamam, toyla dolanırıq. Toy da yoxdur. Nə təqaüd alıram, nə evimiz var. Nə ilə kömək edirəm? Bir toyun pulu 3500 manat edir. Toy versin, gedim oxuyum və pulu verim ona. Firuzə İbadovanın balaca evi var. Orada qızı, nəvəsi 34 kvadratlıq evdə qalırlar" - deyə bildirib.