
Türkiyə hakimiyyəti Sudandan 140 vətəndaşının təxliyəsinə başlayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmaların baş verdiyi Sudandan 140 nəfərin təxliyəsi başlayıb. Vətəndaşlar Efiopiya vasitəsilə Türkiyəyə çatdırılacaq”, - Türkiyə XİN-dən bildirilib.
