Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Taliban“ qadınları DİN-ə işə götürür

Tarix :
“Taliban“ qadınları DİN-ə işə götürür

“Taliban” hökumətinin Daxili İşlər Nazirliyi ictimai təhlükəsizlik bölməsi qadınları işə götürüb.
“Tolou News” xəbər verir ki, hazırda bölmədə 100 qadın xidmət keçmək üçün hazırlıq kursu keçir. Onlar əsasən etirazçı qadınlara qarşı istifadə olunacaq.
“Taliban” artıq qadınlar və qızlar üçün başqa məhdudiyyətlər tətbiq edib. Onlara hicabsız çöldə və avtomobillərdə görünmək, həmçinin, altıncı sinifdən sonra məktəbdə oxumaq qadağan edilib.
Bundan əlavə, mart ayında “Taliban” kişi və qadınların Kabildə əyləncə parklarına baş çəkmə vaxtını rəsmən ayırıb.