Kılıçdaroğlu Ərdoğana 105 min lirə təzminat ödəyəcək

Tarix :
Kılıçdaroğlu Ərdoğana 105 min lirə təzminat ödəyəcək

CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərə görə 105 min TL (təxminən 9 200 manat) təzminat ödəyəcək. 
Bunu Ərdoğanın vəkili Hüseyn Aydın deyib. 
O, "Twitter" hesabında qeyd edib: "Ankara 38-ci Mülki Cəza Məhkəməsi Prezidentimizə "xaricə qaçacaq" deyə böhtan atan Kamal Kılıçdaroğlunu bu böhtana görə 50 min TL, başqa çıxışında isə təhqir etdiyinə görə 55 min TL cəzaya məhkum edib".