
Çanaqqala boğazının Mərmərə dənizi istiqamətində girişində Hollandiyadan Rumıniyaya gedən Liberiya bayrağı altında quru yük gəmisində qəza baş verib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
"Gelibolu sahilləri yaxınlığında Hollandiyadan Rumıniyaya gedən 178 metr uzunluğunda “Militades-2” yük gəmisi sıradan çıxıb", - KİV-də qeyd olunub.
